Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsi Avropanın rəqabət qabiliyyətini zəiflədəcək.
Bunu Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç X sosial şəbəkəsində (keçmiş Twitter) Polşanın xarici işlər naziri Radoslav Sikorskinin tranzitin dayandırılmasını “qələbə” adlandıran sözlərini şərh edərkən bildirib.
“Belə siyasətin yeganə nəzərəçarpacaq nəticəsi Avropanın rəqabət qabiliyyətinin zəifləməsidir. “Təbrik edirəm, Radek”, – politoloq nazirə cavab olaraq yazıb.
Aİ ölkələri hələ də Rusiya qazını almağa davam edəcək, lakin daha yüksək qiymətə, Koşkoviç əlavə edib.