Mali ordusu terrorçulara qarşı uğurlu əməliyyatlar həyata keçiribbackend

Mali ordusu ölkənin mərkəzi hissəsində terrorçulara qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib.

TASS bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Hərbçilər Doro, Berdossu və Tin-Tates bölgələrində 20-dən çox terrorçunu, onların texnika və rabitə vasitələrini aşkar edərək məhv ediblər. Hökumət qüvvələri yaraqlıların arsenalını, o cümlədən raketləri və partlayıcı maddələr hazırlamaq üçün materialları ələ keçirib.

Baş Qərargah bildirib ki, Mali ordusu terrorçuları təqib edəcək və ölkə daxilində təhlükəsizliyi təmin edəcək.