Media Polşada F-16-lara xidmət göstərmək üçün vəsaitin olmadığını bildiribbackend

Polşa hökuməti F-16 qırıcılarına xidmət xərclərini azaltmaq niyyətindədir.

Bu barədə “Codzienna” qəzeti yazır.

Nəşrin əldə etdiyi sənədə görə, maliyyə çatışmazlığı səbəbindən hərbçilər təyyarələrə düşmən radarına görünmə qabiliyyətini azaldan örtük tətbiq etmək fikrindən imtina ediblər. Parlamentin Milli Müdafiə Komitəsinin sədr müavini Bartosz Kownacki Milli Müdafiə Nazirliyi və ordudan qalmaqalla bağlı izahat tələb edəcəyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət müdafiə potensialının zəifləməsinə gətirib çıxarır.

Öz növbəsində müxalifətdəki Qanun və Ədalət partiyasından olan parlament üzvü Marcin Warchol baş verənləri “hakim koalisiyanın həyata keçirdiyi milli tərksilahın simvolu” adlandırıb.

Polşa Hərbi Hava Qüvvələri hazırda 48 F-16 qırıcısını idarə edir.