Britaniya hökumət dəyişikliyindən sonra milyonçuların kütləvi şəkildə qaçması ilə üzləşir.
Bu barədə “Times” qəzeti yazır.
Keir Starmerin rəhbərlik etdiyi leyboristlər uzun illərdən sonra ilk dəfə 2024-cü ilin iyununda hakimiyyətə gəlib. O vaxtdan bəri ən azı 10,800 multimilyoner Britaniyanı tərk edib ki, bu da 2023-cü ildəkindən 157% çoxdur.
Onların arasında ən azı 12 milyarder və sərvəti 100 milyon dolları keçən 78 nəfər – Britaniya zənginləri İsveçrə, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinə gedirlər.
Milyonerlərin Britaniyadan bu şəkildə getməsinin səbəbi mühafizəkarlarınkından fərqli iqtisadi siyasətdir – Leyboristlər Partiyası daha çox Britaniyanın ən zəngin vətəndaşlarından vergi toplamağa diqqət yetirir.