Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara başlamaq üçün Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib.
Bu barədə baş nazirin müavini və xarici işlər naziri Mixay Popsoi IPN agentliyinə müsahibəsində bildirib.
“Hazırda hər şey qrafikə uyğun gedir və əgər biz eyni ruhda davam etsək, danışıqlara başlamaq üçün heç nə bizə mane olmamalıdır. Əlbəttə, çətinliklər var, çünki inteqrasiya prosesi mürəkkəbdir və ciddi islahatlar tələb edir”, – o deyib.
Popşoy bəyan edib ki, Moldova Avropa birliyinə qarşı siyasi iradəsini sübut edib.