NATO-nun iki gəmisi alyansın Baltik dənizində yeni missiyası çərçivəsində Finlandiya körfəzindədir.
Bu barədə “Yle” VesselFinder portalının məlumatlarına istinadən xəbər verir.
“NATO-nun Baltik dənizi patrul missiyasının iki gəmisi Finlandiya körfəzindədir”, – məlumatda deyilir.
Qeyd olunur ki, NATO Baltik dənizində elektrik kabeli və bir neçə rabitə kabeli kəsildikdən sonra gəmiləri göndərib.
NATO-nun bir sıra digər gəmiləri, sualtı qayıqları, müşahidə təyyarələri və sualtı pilotsuz təyyarələri də Baltik dənizinə çatacaq.