Neftçi”nin “Spartak”la oyunu ləğv olunubbackend

“Neftçi” ilə “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.

İctimai.az xəbər verir ki, bu gün keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv edilib.

Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və nəticədə çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK baş vermiş hadisəyə görə başsağlığı verib.

Klubdan bildirilib ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

Qeyd edək ki, “Neftçi” və “Spartak” arasında yoldaşlıq matçı martın 23-ü saat 18:00-da Bakıda keçiriləcəkdi.