Nikol Kidman və Keyt Urbanın evinə oğru giribbackend

Hollivud aktrisası Nikol Kidman və onun əri, musiqiçi Keyt Urbanın Beverli Hillsdəki malikanəsinə oğru girib.

Bu barədə TMZ nəşri məlumat yayıb.

Nikol Kidman və Keyt Urban soyğun zamanı evdə olmayıblar. Lakin jurnalistlərin dediyinə görə, sənətçilərin əməkdaşlarından biri oğrunu qorxudub. Kişi malikanənin pəncərəsini sındırsa da, ayaq səslərini eşidib qaçıb. Hələlik nəsə oğurlanıb-oğurlanmadığı məlum deyil. Qeyd olunur ki, polis Nikol Kidman və Keyt Urbanın əmlaklarını yoxlayıb məlumat paylaşmasını gözləyir. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.

Nikol Kidman və avstraliyalı müğənni Keyt Urban 2005-ci ildən birlikdədir. Cütlüyün birlikdə iki övladı var: Sunday Rose və Faith Margaret. Cütlük qızları surroqat anaların daşıdığını gizlətmir.