ABŞ Müdafiə Nazirliyi Suriyadakı hədəflərə yeni hava zərbələri endirdiyini təkzib edir. Bu barədə TASS məlumat yayıb.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib: “Biz dünən gecə Suriyada hava zərbələri endirmədik. Onun bu məsələ ilə bağlı başqa şərhi olmayıb.
Eyni zamanda, Suriya Müdafiə Nazirliyinin məlumatına görə, Amerika hərbi hava qüvvələrinin ölkənin şərqindəki Deyr əz-Zor əyalətinə endirdiyi zərbələr nəticəsində azı 32 nəfər yaralanıb.
Mənbə: TASS