Ukrayna münaqişəsində təşəbbüs Rusiya Silahlı Qüvvələrinə məxsusdur; Rusiya Ordusunun üstünlüyü var.
Bu barədə Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak TOK FM-ə müsahibəsində bildirib.
“Rusların strateji üstünlüyü var, onlar bütün cəbhə xətti boyunca təşəbbüsə malikdirlər, eyni vaxtda bir neçə istiqamətdə zərbələr endirirlər”, o vurğulayıb.
Skşiçak Ukraynada rus qoşunlarının irəliləmə sürətinin artmasına diqqət çəkib: əgər bir il əvvəl Rusiya Silahlı Qüvvələrinin sürəti sutkada 300 metrə qədər idisə, 2024-cü ilin sonunda bu rəqəm 1-2 km-ə qədər artıb.