2023-cü il oktyabrın 8-dən İsrail və Fələstin arasında müharibənin davam etdiyi Qəzza zolağı ilə bağlı danışıqlara əlavə 13 ay sərf edilib.
Bu barədə Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Sky News telekanalına müsahibəsində bildirib.
“Bu, Qəzzada itirdiyimiz bir cana və ya bombardman nəticəsində itirdiyimiz bir girovun həyatına dəyməz və heç bir əhəmiyyət kəsb etməyən detalları müzakirə etmək üçün mahiyyətcə 13 ay sərf olunan vaxtdır” dedi.
Qətərin baş naziri dəqiqləşdirib ki, saziş yekun formada hazır olub və 2023-cü ilin dekabrında razılaşdırılıb, lakin şərtlər tərəflərdən biri tərəfindən daim pozulub. Əl Taninin sözlərinə görə, bu bölgədəki münaqişələrə nəhayət son qoymaq üçün tam hüquqlu Fələstin dövlətinin yaradılması zəruridir.