“Qızlar Seminariyası-2″ proqramının görüşləri həyata keçirilibbackend

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, fərdi müsabiqə qalibi Rəna Süleymanlının  təşkilatçılığı ilə vətəndaş cəmiyyətində qızların iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğinə hesablanmış “Qızlar Seminariyası-2″ proqramının görüşləri həyata keçirilib.

Layihə rəhbəri Rəna Süleymanlı bildirib ki, maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Zeynalabdin Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olub: “Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edərək Cümhuriyyət fəallarından olublar. Məhz  bu layihəni həyata keçirməkdə əsas məqsədi bu tarixi ənənələrə sahib duraraq Azərbaycan qadınının elmə-təhsilə vaqif olmasını nümunə kimi göstərməkdir”.

Qeyd edək ki, layihədə dövlət və özəl sektorda çalışmaq istəyən xanımların idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlər keçirilmişdir.