İngiltərə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Britaniya sualtı qayıqlar üçün nüvə reaktorlarının hazırlanması və istehsalı üçün Rolls Royce ilə 11 milyard dollarlıq müqavilə imzalayıb.
Departamentin rəhbəri Con Hilinin sözlərinə görə, şirkətlə əməkdaşlıq Kral Hərbi Dəniz Qüvvələrinin sualtı donanmasının və milli təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək.
“Böyük Britaniyanın müdafiəsinə qoyulan bu investisiya Britaniya biznesinə, iş yerlərinə və milli təhlükəsizliyinə uzunmüddətli təkan verəcək” dedi Hili.