Rumıniya Rusiyanı təxribat aktını təşkil etməkdə ittiham edirbackend

Rumıniya İnformasiya Xidməti (RSI) öz internet səhifəsində guya Rusiyanın göstərişi ilə ölkədə təxribat törətməyi planlaşdıran kolumbiyalının həbsi ilə bağlı xəbər yayıb.

“RSI Rumıniya ərazisində Rusiya Federasiyası tərəfindən təşkil edilmiş təxribat aktının qarşısını aldı”, mətndə qeyd edilir.

RSI xəbər verir ki, Rumıniya hüquq-mühafizə orqanlarının əməkdaşları Avropa kəşfiyyat xidmətləri ilə birlikdə 2024-cü il iyulun sonunda təxribat törətmək üçün Rumıniyaya gələn Kolumbiya vətəndaşı Alfonso Murillo Diosu aşkar ediblər. Həmin şəxs iyulun 30-da “kritik infrastruktur sayıla bilən bir sıra obyektlərin yaxınlığında yerləşən təkrar emal anbarının yaxınlığındakı ərazini öyrənərkən” həbs edilib.