İsveç və Finlandiya NATO ilə Rusiya arasında birbaşa toqquşma olacağı təqdirdə təslim olmağa məcbur olacaq. Bunu Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tuomas Malinen özünün X (keçmiş Twitter) səhifəsində yazıb.
Belə ki, o, Şimali Atlantika Alyansının norveç əsgərlərinin dağlıq qış şəraitində keçirdiyi təlimlər barədə dərc olunan məlumatı şərh edib.
Professor qeyd edib ki, söhbət Rusiya Federasiyası ilə NATO arasında toqquşmaya getsə, Moskva Stokholmu “dağıdacaq” və Finlandiyanı bir neçə “Oreshniki” raketləri və taktiki nüvə silahları ilə “şikəst edəcək”.
Malinen hesab edir ki, Şimali Avropada belə bir münaqişə baş verəcəyi təqdirdə quru döyüşləri olmayacaq, yalnız məğlub olan ölkələr meydana çıxacaq.