ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Şimali Amerikanın ən hündür dağı Denali adının dəyişdiriləcəyinə söz verib.
Bu barədə “The Guardian” məlumat yayıb.
19-cu əsrin sonunda dağ ABŞ-ın 25-ci prezidenti Uilyam MakKinlinin şərəfinə adlandırılmışdır. 2015-ci ilin avqustunda o vaxtkı prezident Barak Obama dağın adını dəyişdirdi. Alyaskada, Denali Milli Parkının mərkəzində yerləşir. Dağın hündürlüyü 6168 metrdir.
Trampın sözlərinə görə, MakKinli əla prezident olub. O bildirib ki, onun administrasiyası bu adı McKinley-ə qaytaracaq, çünki siyasətçi buna layiqdir.