Texas qubernatoru Greg Abbott Konqresdən ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə sərhəd təhlükəsizliyi üçün 11 milyard dollar təzminat istəyib.
Bu barədə Texas qubernatorunun saytında məlumat verilib.
“Ümumilikdə Texas milləti müdafiə etmək və sərhədi qorumaq üçün 11,1 milyard dollardan çox xərcləyib. Müvafiq olaraq, mən rəsmi olaraq federal hökumətdən Texasa bu xərclərin tam ödənilməsini xahiş edirəm”, – Abbott məktubunda yazır.
O, əlavə edib ki, Bayden administrasiyasının immiqrasiya siyasəti faktiki olaraq Texası və Amerikanın qalan hissəsini qeyri-qanuni immiqrasiyaya qarşı həssas qoyub.