Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində Türkiyə çempionatının “Fənərbaxça” ilə matçdan sonra meydana qaçan “Trabzonspor”lu 12 azarkeşin futbolçulara hücumundan sonra saxlanıldığını bildirib.
Xüsusən də meydançaya qaçan bir neçə azarkeş, eləcə də onları hava limanına gələrək futbolçulara hücum etməyə çağıran təxribat xarakterli videoçəkiliş aparan azarkeşlər saxlanılıb.
Meydan sahiblərinin 2:3 hesabı ilə məğlub olduğu qarşılaşma Trabzonda baş tutub. Final fitindən sonra meydana çıxan azarkeş kütləsi rəqib komandanın futbolçularına hücum edərək, onlara butulka ataraq əlbəyaxa davaya səbəb olub. Hakimlər vəziyyəti sakitləşdirənə qədər futbolçular paltardəyişmə otağına sığınıblar.
Mənbə: NTV Spor