Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıbbackend

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə Oxu.Az-a aktrisanın qızı Nigar Tofiqqızı məlumat verib.

O bildirib ki, anasının müalicəsi davam etdirilir.

“Dünən xəstəxanadan çıxmışıq. Çox şükür, anam indi özünü daha yaxşı hiss edir”, – deyə o bildirib.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.