Uzaq Şərqdə alıcıların avtomobil idxalı qaydalarının mümkün sərtləşdirilməsi ilə bağlı gözləntiləri səbəbindən Yaponiya və Cənubi Koreyadan işlənmiş avtomobillərin idxalı 1,5 dəfə artıb. Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Vladivostok gömrüyünün mətbuat xidmətinin məlumatına görə, iyulda şəhər vasitəsilə Rusiyaya şəxsi istifadə üçün 31,1 min avtomobil gətirilib ki, bu da ötən ilin göstəricisindən təxminən 1,5 dəfə çoxdur. Gömrük xidməti əlavə edib ki, cəmi 7 ayda fiziki şəxslər üçün 172 min avtomobil gömrükdən keçirilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Avtostat analitik agentliyinin baş direktoru Sergey Tselikovun sözlərinə görə, bu gün işlənmiş avtomobil idxalının 52%-ni sağ sükanlı modellər təşkil edir. Mütəxəssis qeyd edib ki, demək olar ki, bütün idxal birbaşa Yaponiyadan gəlir və avtomobillərin yaşı böyük diapazona malikdir.