Yunanıstanda soyuqdan elektriklə işləyən avtomobillər yolda dayanıbbackend

Yunanıstanın Arachova dağ-xizək kurortunun yaxınlığında temperaturun aşağı olması səbəbindən elektriklə işləyən avtomobillərdə yaranan texniki nasazlıq səbəbindən çox kilometrlik tıxac yaranıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Nəşr qeyd edir ki, bir çox yunanlar Milad bayramını qeyd etmək üçün kurorta gediblər. Günorta saatlarında şəhərə yaxın ensiz yolda beş kilometrlik tıxac yaranıb.

Yunanıstan polisi bölgədəki temperaturun aşağı olması səbəbindən bir çox elektrik avtomobilində texniki problemlər olduğunu vurğulayıb. Nəticədə avtomobillər hərəkətsiz vəziyyətdə qalıb.

Yerli KİV-in məlumatına görə, bir çox avtomobillərdə qar zəncirləri olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları vurğulayıblar ki, polis nəqliyyat vasitələrinin zəncirlə təchiz olunması, eləcə də hərəkətin təşkili üçün daim yol hərəkəti iştirakçılarını yoxlayır.

Polis vurğuladı ki, Araçova rayonunda bütün sürücülərdən avtomobilə qış təkərləri qoyulmadığı təqdirdə avtomobillərini sürüşməyə qarşı cihazlarla təchiz etmələri tələb olunur.