ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-ın Suriyadakı bazasına İraq ərazisindən 15 raket buraxıldığını bildirib. X sosial şəbəkəsində (keçmiş Twitter) CENTCOM səhifəsində dərc edilən bəyanatda deyilir ki, dekabrın 3-də Amerikanın Rumeylan bazasına 15 122 mm-lik raket atılıb.
Tələfat və ya avadanlıqların zədələnməsi barədə məlumat yoxdur.
“Inherent Resolve” əməliyyatına cavabdeh olan işçi qrupu raketlərin buraxıldığı yeri müəyyənləşdirdi və bu məlumatı İraq təhlükəsizlik qüvvələrinə ötürdü.
Mənbə: A Haber













