Avropa Ədalət Məhkəməsi (AƏM) Polşanın iddiasını rədd edib və ölkənin qanunlarını Aİ qaydalarına uyğunlaşdırmaq üçün məhkəmənin qərarını yerinə yetirmədiyinə görə 320 milyon avrodan çox cərimə ödəməli olduğunu təsdiqləyib.
Bu barədə RİA Novosti agentliyin press-relizinə istinadən məlumat yayıb.
“Aİ Ədalət Məhkəməsi təsdiq edir ki, Polşa məhkəmənin təyin etdiyi 320 milyon 200 min avro cərimə ödəməlidir”, – bəyanatda deyilir.
Fevralın 4-də Polşanın daxili işlər və administrasiya naziri Tomaş Siemonyak ölkəsinin yeni miqrantları qəbul etməyəcəyini bəyan edib.