Almaniya boru kəmərinin özünü və öz ərazisindəki infrastrukturunu milliləşdirərsə, “Şimal axını 2” qaz kəmərini satmaqdan yayına bilər.
Bunu RİA Novosti-yə müsahibəsində alman siyasətçisi, Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer deyib.
“Biz indi tez hərəkət etməliyik ki, “Nord Stream AG” şirkətinə qarşı iflas proseduruna başlayan İsveçrə məhkəməsi onu hərraca çıxarmasın”, o qeyd edib.
Niemeyerin sözlərinə görə, Almaniya hakimiyyəti “Şimal axını 2”nin Almaniyanın yurisdiksiyasında olan hissəsini milliləşdirə bilər.
Alman siyasətçisi hesab edir ki, belə bir addım üçün Rusiya ilə Almaniya arasında əlaqələri inkişaf etdirmək lazımdır.