Almaniyalı dirijor Rusiya ilə əlaqələri səbəbindən Almaniyada keçirilən festivaldan uzaqlaşdırılıbbackend

Şlezviq-Holşteyn Musiqi Festivalının (SHMF) rəhbərliyi onun yaradıcısı olan dirijor və pianoçu Yustus Franzın tədbirdə iştirakını dayandırıb. TASS bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

İyun ayında alman musiqiçi Moskvada Çaykovski adına müsabiqənin münsiflər heyətinə daxil olub və festival rəhbərliyi Rusiya ilə əlaqələri qəbuledilməz hesab edib.

“Biz təsisçinin hərəkətlərini onunla açıq şəkildə deyil, şəxsən müzakirə edirik. Bir çox səbəblərə görə Justus Franzı dəvət etmək mümkün deyildi. Onlardan biri də onun Rusiyadakı fəaliyyətidir”, – festivalın direktoru Kristian Kunt qərarını izah edir.

Mənbə: TASS