Amerikalı komediyaçı Mark Tven mükafatını alacaqbackend

Amerikalı komediya ustası Konan O’Brayen yumor üzrə Mark Tven mükafatına layiq görüləcək.

Bu barədə Reuters xəbər verir.

Agentliyin məlumatına görə, mükafatlandırma mərasimi Kennedi Mərkəzində baş tutacaq.

Qeyd olunur ki, O’Brayen Oskar mərasimində aparıcı olub və “gələn il aparıcı kimi qayıtmağı planlaşdırır”.