Banqladeşdə uşaq gizlənqaç oyununda gizləndi, başqa ölkədən tapıldıbackend

Oyun zamanı gizlənən məktəbli 3 000 km aralıda, başqa ölkədə tapılıb.

Qəribə hadisə Banqladeşdə yaşanıb.

Belə ki, uşaq gizlənmək üçün yük konteynerini seçib və tapılmasını gözləyənə qədər orada yuxulayıb. İşçilər isə onu görməyərək, konteyneri gəmiyə yükləyiblər.

Uşaq bir də konteynerlər boşaldılarkən Malayziyanın Klanq limanının əməkdaşları tərəfindən tapılıb.

Gəmidə olduğu altı gün ərzində məktəbli ac və susuz qalıb.