Müğənni Britni Spirs oğulları ilə münasibətlərini yaxşılaşdırıb. Bu barədə Daily Mail məlumat yayıb.
Britney Spirs-ə yaxın bir insayder 18 yaşlı Şon Preston və 17 yaşlı Ceydenlə barışdığını bildirib. Estrada müğənnisi bir neçə aydır ki, varislərlə ünsiyyətdədir. Müğənni övladlarını ziyarət etmək üçün Havay adalarına gizli səyahət edib və eyni zamanda Kaliforniyada onlarla görüşüb.
“Oğlanlar analarını çox sevirlər, o da onları sevdiyi kimi. Hər şey normala qayıdır, onlar birlikdə gələcək haqqında düşünürlər”, – insayder bildirib.
Başqa bir mənbə qeyd edib ki, qardaşı Brayan Britni Spirsin oğulları ilə münasibət qurmağa kömək edib. İnsayderin sözlərinə görə, müğənninin övladlarına qovuşmasında kişinin mühüm rolu olub.
Mənbə: Akşam