Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyi hər hansı siyasi və iqtisadi müzakirələrin televiziyada yayımını qadağan edib.
Bu barədə Əfqanıstan Jurnalistika Mərkəzi (AFJC) məlumat yayıb.
Qurumun məlumatına görə, nazirliyin direktivində telejurnalistlərin yalnız hazırkı administrasiyanın nümayəndələri ilə ünsiyyətdə olması nəzərdə tutulur.