FSB Kaluqa vilayətində dəmir yolunda yanğının qarşısını alıbbackend

Kaluqa vilayətində yerli sakin dəmir yolunda yanğın törətmək istəyib, FSB əməkdaşları tərəfindən saxlanılıb. TASS xəbər verir ki, bu barədə region üzrə məxfi xidmətin mətbuat xidməti məlumat yayıb.

“Kaluqa vilayətinin sakini tərəfindən regional dəmir yolu infrastrukturu obyektini yandırmaq cəhdinin qarşısı alınıb”, – məlumatda deyilir.

O, saxlanılaraq nəzarətə götürülüb. Faktla bağlı cinayətə hazırlıq, cinayətə cəhd və terror aktı maddələri ilə cinayət işi başlanıb.

Mənbə: TASS