Gürcüstanın hakim partiyasının yeni sədri təyin edilibbackend

Baş nazir İrakli Kobaxidze hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının yeni rəhbəri seçilib.

Bu barədə TASS məlumat yayıb.

“Qurultayın qərarı ilə cənab İrakli Kobaxidze yekdilliklə siyasi birliyin sədri seçilib”, – deyə məlumatda bildirilir.

Aprelin 25-də hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Qaribaşvili jurnalistlərlə keçirdiyi brifinqdə siyasətdən getdiyini və postunu tərk etdiyini açıqlayıb.