İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Tramp administrasiyası ilə nüvə sazişi ilə bağlı danışıqların davam etdiriləcəyini istisna edib.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“Xamenei keçmiş təcrübəni əsas gətirərək və istənilən təhdidlərə qətiyyətlə cavab verəcəyini vəd edərək, ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqların mümkünlüyünü istisna edib”, – nəşr yazıb.
Britaniya qəzetinin yazdığına görə, İranın ali lideri Trampın 2018-ci ildə çıxdığı 2015-ci il nüvə sazişini (Birgə Hərtərəfli Fəaliyyət Planı) “İrana qarşı ən sərt sanksiyaları tətbiq etməzdən əvvəl” misal çəkib.
Əvvəllər bildirilirdi ki, Tramp İranın nüvə proqramını cilovlaya bilməsə, İsrailin bu ölkədəki nüvə obyektlərinə zərbələr endirməsinə icazə verə bilər.