Livanın şiə Hizbullah hərəkatına məxsus silahlar arasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar yardımı aşkarlanıb.
Bu barədə New York Post (NYP) keçmiş İsrail əsgəri Aşer Fredmana istinadən məlumat yayıb.
Fredman bildirib ki, Livanda Hizbullahın qalası olduğu kənddə patrul gedərkən onlar USAID etiketi olan paketlərin yanında snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcılar tapıblar.
Fevralın 9-da ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals USAID-in ABŞ-ın strateji maraqlarına xidmət etmədiyini və Çinin təsirini məhdudlaşdırmaq missiyasını yerinə yetirmədiyini bildirib.