Kanadanın bir neçə əyaləti ABŞ-ın Kanada mallarına tətbiq etdiyi tariflərə cavab olaraq Amerika spirtinin satışını qadağan edib.
RİA Novosti bu barədə Agence France-Presse-ə (AFP) istinadən xəbər verir.
Bu cür tədbirlər Vaşinqtonun tətbiq etdiyi idxal tariflərinə milli cavab tədbirləri çərçivəsində tətbiq edilib. Ontario, Kvebek, Manitoba və Britaniya Kolumbiyası əyalətlərində Amerika spirtli içkilərinin satışı qadağan edilib.
Ontario qubernatoru Doug Ford qərarın ABŞ istehsalçılarına ciddi zərbə vuracağını vurğulayıb.