Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4 851 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 7 393 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, bu günə qədər isə ümumilikdə 3 446 033 test icra olunub.