Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus infeksiyasına 11 yeni yoluxma halı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 51 nəfərdir.

Son gün ərzində 3 903, hazırkı dövrədək isə 6 826 926 test aparılıb.