Koronavirusa yoluxanların sayı açıqlanıbbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib.