Kuba ABŞ-ın ölkənin hüquqi şəxsləri ilə maliyyə əməliyyatlarına məhdudiyyətləri bərpa etmək qərarını rədd edir və bunu qarşıdurmanı artırmağa yönəlmiş təxribat hesab edir.
Bunu Karib hövzəsi respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Kuba xalqına qarşı cinayət tədbirlərinin sərtləşdirilməsi yeni sıxıntılara, parçalanmalara səbəb olacaq və daha çox insan vətənini tərk etmək istəyəcək.
Diplomat Vaşinqtonun qərarını yeni təxribat aktı adlandırıb, onun məqsədi “məsuliyyətsiz qarşıdurma ssenariləri”ni təşviq etməkdir ki, bunun nəticələri bəyan edilənlərin əksinə olacaq.