Messisiz Argentina DÇ-2026-nın seçmə mərhələsində Uruqvayı məğlub etdibackend

Futbol üzrə Argentina milli komandası DÇ-2026-nın Cənubi Amerika seçmə turnirinin 13-cü turu çərçivəsində səfərdə Uruqvay yığmasını məğlub edib.

Montevideoda baş tutan görüş 1:0 hesabı ilə başa çatıb. Bu görüşdə yeganə qolu 68-ci dəqiqədə rəqiblərin qapısına vuran Tiaqo Almada vurub.

Argentina komandası ikinci hissədə Nikolas Qonzalesin əlavə vaxtın 5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almasından sonra matçın son dəqiqələrində bir adamla oynamaq məcburiyyətində qalıb.