“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldubackend

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

İctimai.az xəbər verir ki, buna “Qarabağ” sona səkkiz tur qalmış nail olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.