Qeyri-qanuni parkinq üçün ən çox çəkilən premium avtomobillərin adı açıqlanıbbackend

Moskva Nəqliyyat Departamentinin Telegram kanalı xəbər verir ki, 2025-ci ilin əvvəlindən Moskva Parkinq evakuatorları 15 min premium avtomobili xüsusi dayanacaqlara köçürüb.

“Bu avtomobillərin sahibləri parkinq qadağan edən nişanlar altında, əlillər üçün nəzərdə tutulmuş yerlərdə və səkilərdə park ediblər”, – deyə telekanal bildirir.

Qeyd olunur ki, ən çox qaydanı pozanlar aşağıdakı markaların sahibləri olub: BMW – 4,8 min dəfə, Mercedes-Benz – 4,5 min dəfə, Audi – 2,4 min dəfə, Lexus – 1,1 min dəfə, Land Rover – 1 min dəfə.