Türkiyədə bir nəfər müxalifətçi bələdiyyə sədrinin evinin yaxınlığında atəş açmağa başlayıbbackend

Martın 31-də keçirilən yerli seçkilərdə Türkiyənin Gerisun şəhərinin bələdiyyə sədri seçilən Bülənt Karanın evinin yaxınlığında naməlum şəxs atəş açıb. Bu barədə NTV telekanalı məlumat yayıb.

Yeni bələdiyyə sədri müxalifət partiyası İYİ-ni təmsil edir. Hadisə nəticəsində o, xəsarət almayıb.

“Bunu kimin təhrik etdiyini bilmirik, amma polisimiz hadisəyə tez müdaxilə etdi və atıcını saxladı” deyə Kara özü bu hadisəni şərh etdi.

Mənbə: NTV