Serbiya prezidenti Aleksandar Vuçiç Ağ Ev rəhbəri Donald Trampın Ukraynadakı münaqişənin sona çatmasına kömək edəcəyi təqdirdə ona abidə ucaltmağı təklif edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Mən bir sistemdən əmin deyiləm ki, siz bir az bəzilərinə, sonra da digərlərinə hücum edib, bəzilərini və digərlərini sülhə məcbur etmək siyasəti yürütürsünüz, qorxuram ki, bunu qəbul etməyəcəklər. Əgər Tramp buna nail olsa, biz hamımız ona abidə ucaldacağıq, o sonra bütün planeti xilas edəcək, mən bunun baş verməsi üçün onun tərəfdarıyam”, – Serbiya lideri bildirib.