Yaponiya, Böyük Britaniya və İtaliya müdafiə nazirləri martın 16-da Tokioda danışıqlar aparacaqlarbackend

İtaliya, Böyük Britaniya və Yaponiyanın müdafiə nazirləri martın 16-da Tokioda görüşəcək.

Bu barədə TASS Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Yaponiyanın müdafiə naziri Yasukazu Hamada üçtərəfli görüşlə yanaşı, britaniyalı və italiyalı həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.

Tərəflər digər məsələlərlə yanaşı, yeni qırıcının hazırlanmasını da müzakirə edəcəklər. “Böyük Britaniya və İtaliya azadlıq, demokratiya və qanunun aliliyi kimi fundamental dəyərləri paylaşdığımız qlobal strateji tərəfdaşlarımızdır”, – deyə Yaponiya Müdafiə Nazirliyi bildirib.

Mənbə: TASS

İctimai.az