Almaniya Gürcüstandan olan məmurların ölkəyə girişini əngəlləyibbackend

Almaniya Xarici İşlər Nazirliyi respublikada etirazçılara qarşı sərt tədbirlərin görülməsinə cavabdeh olan Gürcüstan rəsmilərinin ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Almaniya departamentinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bəyanatda deyilir ki, gürcülər üç aya yaxındır ki, Avropa İttifaqında ölkələrinin gələcəyinə dəstək və hazırkı hakimiyyətin kursuna qarşı etiraz aksiyalarında iştirak edirlər. Almaniya rəhbərliyinin sözlərinə görə, gürcü xalqı “təhdid, həbs və zorakılığa” qarşıdır.

“Bu gün Almaniya buna görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə səyahət qadağası qoyub”, – bəyanatda deyilir.