Almaniya öz nüvə silahına ehtiyac olduğunu bəyan etdibackend

Dəyişən təhlükəsizlik vəziyyətinə görə Almaniya öz nüvə silahına sahib olmalıdır.

Bu barədə “t-online” portalına sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndəsi, Bundestaqın Müdafiə Komitəsinin üzvü Rüdiger Lukassen məlumat verib.

“Buna nail olmaq üçün ən qısa zamanda Əsas Qanuna dəyişiklik etmək lazımdır”, – deyə deputat bildirib.

Lukassen aydınlaşdırıb ki, “ABŞ nüvə çətiri” olmadığı halda belə bir zərurət lazımdır. Deputat deyir ki, Böyük Britaniya və Fransanın nüvə silahları Avropanı qorumaq üçün kifayət etməyəcək.