Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkə konstitusiyasına parlament tərəfindən qəbul edilmiş düzəlişləri imzalayıb və bu dəyişikliklər vasitəsilə gələcək hökumət müdafiə və infrastruktura artan xərclərin maliyyələşdirilməsi üçün dövlət borclarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Bu barədə NTV telekanalı Ştaynmayerin ofisinə istinadən məlumat yayıb.
Martın 18-də müvafiq düzəlişlər Bundestaq tərəfindən qəbul edilib. Martın 21-də bu qərarı Almaniyanın federal ştatları təmsil edən qanunverici orqanı olan Bundesrat təsdiqləyib.
Dəyişikliklər Prezident tərəfindən imzalandıqdan sonra Federal Qanunvericilik Bülletenində dərc olunacaq.