Amerikalı professor Qərb liderlərinə Putinlə necə davranmaq barədə məsləhətlər veribbackend

Qərbin Rusiya prezidenti Vladimir Putinə etibar etməyə başlamaqdan başqa yolu yoxdur.

Bunu amerikalı professor Con Mearsheimer YouTube kanalında Daniel Davis / Deep Dive deyib.

“Bizim Putinə güvənməkdən başqa çarəmiz yoxdur”, – o vurğulayıb.

Amerikalı professorun fikrincə, Qərb ölkələri Rusiya ilə proksi müharibədə uduzur və sülh olmasa, Ukrayna tezliklə daha çox ərazi itirə bilər.