Belqradda NATO-nun dağıtdığı binaların Trampın kürəkəninə verilməsinə etiraz olaraq aksiya keçirilibbackend

Belqradda tələbələr və müxalifət tərəfdarları 1999-cu ildə NATO-nun bombardmanı zamanı dağıdılan obyektlərin qoruyucu statusunun götürülməsinə və onların ABŞ prezidentinin kürəkəninə verilməsinə qarşı nümayiş keçirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Nəşr qeyd edir ki, etirazçılar sosial şəbəkələr vasitəsilə “Baş Qərargah uğrunda!” aksiyasını təşkil ediblər. bazar ertəsi – NATO-nun Yuqoslaviyaya təcavüzünün başlamasının 26-cı ildönümüdür. Onlar Serbiyanın Baş Qərargahının və Müdafiə Nazirliyinin bombalanmış binalarının otel tikintisi üçün Donald Trampın kürəkəni Jared Kuşnerə verilməsinə qarşıdırlar.