BMU-da yüksək vəzifəyə təyinatbackend

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.

İctimai.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.